Almaniyanın "Bayern Münhen" klubu futbolçusu Kinqsli Komanla vidalaşa bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.
Xəbərə görə, Münhen təmsilçisi 27 yaşlı fransalı vingeri 70 milyon avroya satmaq niyyətindədir. Mənbə Almaniya nəhənginin rəhbərliyinin bu yay Koman üçün alacağı təklifləri nəzərdən keçirəcəyini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 24 matça çıxan Koman 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat