Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Barselona” PSJ-yə 3:2 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, qələbəyə rəğmən, Kataloniya klubu itki ilə üzləşib.
Belə ki, müdafiəçilər Serji Roberto və Andres Kriştensen cəzalı duruma düşüblər. Onlar dünənki görüşdə sarı vərəqə alıblar. Bu səbəbdən hər iki futbolçu Barselonada keçiriləcək cavab qarşılaşmasında komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, "Barselona" - PSJ oyunu aprelin 16-sı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.