UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Atalanta"ya 0:3 hesabı ilə uduzan “Liverpul” uzun müddətdən sonra "Enfild" stadionunda məğlub olub.
Fanat.Az xəbər verir ki, Berqamo təmsilçisi meydan sahiblərinin 14 aylıq uğurlu seriyasına son qoyub.
İngiltərə klubu buna qədər ardıcıl 34 oyunda evdə yenilgi tanımırdı. Yürgen Kloppun yetirmələri sonuncu dəfə UEFA Çempionlar Liqasının 1/8 final mərəhləsində “Real”a uduzmuşdu.
Qeyd edək ki, "Atalanta" - "Liverpul" qarşılaşması aprelin 18-də Berqamoda keçiriləcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat