Dünən “Udineze” ilə matçda huşunu itirən “Roma”nın müdafiəçisi Evan Ndikanın durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
O, futbolçunun həyati təhlükədən çıxdığını bildirib. 24 yaşlı Ndikanın huşunun yerində olduğu və xəstəxanada vəziyyətinin yaxşı olduğu bildirilir.
Xatırladaq ki, dünən “Udineze” ilə oyunun ikinci hissəsində Evan Ndika ürəyini tutub və huşunu itirib. Bu səbəbdən qarşılaşma, hesab 1:1 olarkən yarımçıq kəsilib və yekunlaşmayıb.
Mirağa