Rusiyalı futbol agenti Timur Qurtskaya Murad Musayevin "Krasnodar"ın baş məşqçisi postuna qayıtmasından danışıb.
Fanat.Az xəbər verir ki, o, özünün "Youtube" kanalında "Krasnodar" - "Zenit" matçının nəticəsini şərh edərkən belə deyib:
“İviç soyunub-geyinmə otağında görünməmiş səlahiyyətə malik olan diktator məşqçi idi. Musayev isə bu komanda üçün avtoritet deyil və heç vaxt olmayacaq. Onlar ilk "beşliy"ə belə düşməyəcəklər. Bu futboldur, qardaş”.
Xatırladaq ki, "Sabah"ın sabiq çalışdırıcısı Musayev "Krasnodar" klubu ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb. Son oyunda “öküzlər” doğma meydanda “Zenit”ə 1:2 hesabı ilə uduzub.
Premyer Liqanın 23 turundan sonra "Krasnodar" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.