PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün səfərdə "Barselona"ya qarşı keçirəcəkləri matçdan danışıb.
Fanat.Az xəbər verir ki, Parisdə 2:3 hesabı ilə uduzan Fransa nəhənginin çalışdırıcısının sözlərini jurnalist Adrian Qrenye şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"PSJ heç vaxt pley-off matçlarında geridönüşlə diqqət çəkməyib. Biz bunu sabah (bu gün - Fanat.Az-ın qeydi) edəcəyik!"
"Barselona" - PSJ qarşılaşması "Olimpik Lyüis Kompanis" stadionunda keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Nihat