Futbol üzrə Almaniya millisi ilə 1974-cü ildə dünya çempionu olmuş Bernd Heltsenbayn 78 yaşında vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə Almaniyanın "Ayntraxt" klubunun mətbuat xidməti məlumat yayıb.
Heltsenbayn 1967-1981-ci illərdə məhz "Ayntraxt"da çıxış edib, komanda ilə müxtəlif turnirlərdə 524 oyun keçirib və bu göstəricidə dördüncü yerdədir. Yarımmüdafiəçi klubla birlikdə UEFA kubokunun qalibi olub, eləcə də üç dəfə Almaniya kubokunu qazanıb.
Heltsenbayn Almaniya millisində 40 oyun keçirib. O, DÇ-1974-də yeddi oyundan altısında oynayıb, iki məhsuldar ötürmə edib, 1976-cı il Avropa çempionatında isə gümüş medal qazandı. Turnirin finalında Heltsenbayn vurduğu qolla Çexoslovakiya yığması ilə görüşün sonunda hesabı bərabərləşdirib və oyunu əlavə vaxta aparıb. Almanlar penaltilər seriyasında məğlub oldular.
Mirağa