"Bayern Münhen"in hücumçusu Harri Keyn cari mövsüm Almaniya Bundesliqasındakı mübarizənin sona çatmasına 5 tur qalmış "Bayer Leverkuzen"in çempion olmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, ingilis ulduzun sözlərini "Bayern & Germany" belə çatdırıb:
"Liqada bizim üçün məyusedici bir mövsüm oldu. Leverkuzen klubunu qazandıqları uğur münasibəti ilə təbrik edirəm. Bu mövsüm öz səviyyəmizə çatmadıq. İstər Çempionlar Liqasında, istərsə də çempionatda komandaya kömək etmək istəyirəm. Şəxsən mən komandaya kömək etmək, qol vurmaq istəyirəm.
Bundesliqa mənim üçün böyük təcrübə oldu. "Bayer Leverkuzen" Avropa da daxil olmaqla, fantastik mövsüm keçirdi. Burada çox güclü klublar var. Hər oyunda əlimdən gələni etməyə çalışıram. İndi çempionatda məqsədimiz ikinci yerdə qalmaqdır. Ümumiyyətlə, Bundesliqada oynamaqdan çox zövq alıram".
Nihat