Dünən Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında Almaniyada Dortmund "Borussiya"sına uduzan "Atletiko" klubu 19 il əvvəlki antirekordunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi bütün turnirlərdə son 11 matçın hər birində qol buraxıb.
"Atletiko" son dəfə 2005-ci ildə ardıcıl 11 qarşılaşmada qapısında top görüb.
Qeyd edək ki, Madriddə 2:1 hesablə qələbə qazanan Dieqo Simeonenin komandası Dortmundda 4:2 hesabı ilə yenilərək mübarizəni dayandırıb.