Cari mövsümün sonunda "Barselona"nın baş məşqçi postunu tərk edəcəyi dəqiqləşən Xavinin yerini tutmağa əsas namizədlərdən biri də açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "TEAMtalk" yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisinin rəhbərliyi "Aston Villa"nın çalışdırıcısı Unai Emerinin xidmətində maraqlıdır. Mənbə aparılan danışıqların hansı mərhələdə olduğunu açıqlamasa da, Emerinin "Barsa"ya rəhbərlik etmək variantına isti yanaşdığını vurğulayıb.
Xatırladaq ki, sözügedən mütəxəssis "Aston Villa"dan öncə "Vilyarreal"ı çalışdırıb. Daha əvvəl "Sevilya" ilə 3 dəfə Avropa Liqasının qalibi olan ispan məşqçi 2021/2022 mövsümündə "Vilyarreal"la da analoji uğura imza atıb. O, karyerası ərzində PSJ ilə Fransa çempionluğunu (2018/2019), 2 dəfə Fransa Kubokunu, 2 dəfə Fransa Liqa Kubokunu və Fransa Superkubokunu qazanmağa da imkan tapıb.
Nihat