Milan "İnter"inin mərkəz müdafiəçisi Alessandro Bastoni karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu iddia "Tuttosport"a məxsusdur.
Xəbərə görə, Bastoninin xidmətində "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti şəxsən maraqlıdır. Mənbə "İnter"in sözügedən futbolçunu 80 milyon avroya satmağa razı olduğunu vurğulayıb.
Qeyd edək ki, cari mövsüm "İnter" forması ilə bütün turnirlərdə 33 matça çıxan Bastoni 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qara-göylər"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı Alessandronun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat