"Barselona"nın baş məşqçisi Xavi La Liqanın 32-ci turunda əzəli rəqibləri "Real Madrid"dən aldıqları 2:3 hesablı məğlubiyyətdən sonra İspaniya çempionatında qolun avtomatik müəyyənləşdirilməsi texnologiyasının tətbiq edilməməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis bununla bağlı sualı "el klasiko"nun ardından keçirilən mətbuat konfransında cavablandırıb:
"Ter Ştegen deyir ki, qolların avtomatik müəyyənləşdirilməməsi biabırçılıqdır? Nə deməyimiz istəyirsiniz? Hə, bu, biabırçılıqdır".
Qeyd edək ki, hazırda "Real" 81 xalla La Liqanın turnir cədvəlinin zirvəsində mövqe tutub. 70 xala malik "Barselona" isə 2-ci yerdədir.
Nihat