“Milan” rəhbərliyi cari mövsümün sonunda komandanın baş məşqçisi Stefano Pioli ilə vidalaşacaq.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” artıq yeni çalışdırıcı axtarışına başlayıblar.
A Seriyasının XXXIII turunda “İnter”ə 1:2 hesablı məğlubiyyət "Milan" bosslarının Pioli barədə qərarını qətiləşdirməsi üçün həlledici məqam olub.
Qeyd edək ki, sözügedən mütəxəssis 2019-cu ilin oktyabrından indiki postundadır. "Milan" Pioplinin rəhbərliyi altında 2021/2022 mövsümündə çempionluğu bayram edib.
Nihat