Ötən yay "Mançester Yunayted"dən ayrılan ispan qapıçı David de Xea karyerasını yenidən vətənində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Estadio Deportivo" yayıb.
Xəbərə görə, əvvəllər "Atletiko Madrid"də çıxış edən qolkiper tezliklə "Betis"ə keçəcək. Sözügedən klub bir ildir işsiz olan qapıçını heyətinə qatmaq üçün danışıqlar aparır.
David 2011-2023-cü illərdə "Mançester Yunayted"də çıxış edib. Bu müddətdə qolkiper komanda ilə bir neçə titula - İngiltərə Premyer Liqasının, ölkə kubokunun və 2017-ci ildə qazandığı Avropa Liqasının qalibi olub.