İtaliya A Seriyasının 33-cü turunda əzəli rəqibi "Milan"ı 2:1 hesabı ilə məğlub edərək sona 5 tur qalmış çempionluğu təmin edən "İnter"in müdafiəçisi Denzel Dümfris qazandıqları uğuru dəyərləndirib.
Fanat.Az xəbər verir ki, niderlandlı oyunçunun sözlərini " fcinter1908.it" portalı belə çatdırıb:
"Bu mənim ilk skudettomdur! Həqiqətən möhtəşəmdir. İkinci ulduzu alaraq tarixə düşdük. Bu, möhtəşəm və heyrətamiz mövsüm idi".
Qeyd edək ki, 28 yaşlı Dümfris 2021-ci ildən "İnter"in uğurları üçün çalışır. Cari mövsüm bütün turnirlərdə 33 matça çıxan Denzel 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat