Cari mövsümün başa çatmasına bir tur qalmış Çempionşipdə çempionluğu təmin edən “Lester” İngiltərə futbolunun tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, bu dəfə arzusuna 97 xalla çatan komanda ümumilikdə 8-ci dəfə aşağı liqanın qalibi olaraq rekorda imza atıb.
"Tülkülər" bunu 7 dəfə bacaran “Mançester Siti”ni geridə qoyublar.
Qeyd edək ki, “Lester” 1 illik fasilədən sonra Premyer Liqaya qayıdıb.
Nihat