İspaniya UEFA və FİFA-nın himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıla bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı nüfuzlu AS nəşri yayıb.
Xəbərə görə, beynəlxalq futbol qurumları hökumətin ölkənin futbol fəaliyyətinə müdaxiləsindən narahatdırlar.
Keçən həftə İspaniya hakimiyyət orqanları prezident dəyişikliyi və təşkilatdakı böhran fonunda İspaniya Kral Futbol Federasiyasının (İKFF) fəaliyyətinə nəzarət etmək üçün keçmiş baş məşqçi Visente Del Boskenin rəhbərliyi altında xüsusi komitə yaradıb.
Bu vəziyyət UEFA və FİFA-nı narahat edir. Onlar hökumətin İKFF-in fəaliyyətinə müdaxiləsinin qanuniliyi ilə bağlı həftənin sonuna qədər cavab tələb ediblər. Təşkilatlar cavabı qeyri-məqbul hesab edərsə, o zaman sanksiya tətbiq olunacaq. Söhbət FİFA və UEFA-nın İspaniyanı öz himayəsi altındakı turnirlərdən kənarlaşdırması ilə yanaşı, sözügedən ölkənin AÇ-2030-un təşkili və keçirilməsi hüququndan da məhrum edilməkdən gedir.
Mirağa