"Real Madrid" İspaniya çempionatının 34-cü turunda "Kadis"lə oyun üçün start heyətini açıqlayıb.
Fanat.Az xəbər verir ki, dizindəki çarpaz bağın yırtılmasından və menisk zədəsini sağaldan Tibo Kurtua bu mövsüm ilk dəfə olaraq qapıdakı yerini tutacaq.
Həmçinin, türkiyəli vinger Arda Gülər də ilk "11-lik"də yer alıb.
"Real Madrid" - "Kadis" matçı bu gün Madriddə "Santyaqo Bernabeu" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.