"Bayern Münhen" ulduz yarımmüdafiəçi ilə güclənir.
Fanat.Az xəbər verir ki, bu barədə informasiyanı "Todofichajes" yayıb.
Mənbənin məlumatına görə, alman nəhənginin maraq dairəsinə düşən futbolçu "Barselona"nın türk əsilli futbolçusu İlkay Gündoğandır. Futbolçunun özü də Kataloniya klubunun düşərgəsində qalmaq istəmir və buna görə də onun bu yay Bundesliqa nəhənginə transferi ehtimalı yüksək dəyərləndirilir. Danışıqlar müsbət nəticələnsə, "Barselona" Gündoğanın satışından təxminən 18 milyon avro qazana bilər. İlkay uğrunda mübarizədə “Bayern”in əsas rəqibi “Atletiko Madrid”dir.
Almaniya millisinin 33 yaşlı üzvü bu mövsüm İspaniya çempionatında 32 oyun keçirib. İlkay bu görüşlərdə 5 qol vurub, 7 məhsuldar ötürmə edib.
Mirağa