"İpsviç" Çempionşipin son turunda "Haddersfild"i məğlubiyyətə uğradıb (2:0).
Fanat.Az xəbər verir ki, sözügedən komanda turnir cədvəlində 2-ci yerdəki mövqeyini möhkəmləndirərək İngiltərə Premyer Liqasına vəsiqəni təmin edib.
Beləliklə, "İpsviç" 2002-ci ildən sonra ilk dəfə İngiltərənin yüksək divizionunda çıxış edəcək.
Bundan əvvəl "Lester" Premyer Liqaya vəsiqəni özünə təmin etmoşdi.
Qeyd edək ki, "İpsviç" 1878-ci ildə yaradılıb və Premyer Liqa, İngiltərə Kuboku və UEFA Kubokunu qazanıb.