Mövsümün əvvəlində "Qalatasaray"dan icarə əsasında "Aston Villa"ya keçən Nikolo Zanyolo karyerasını yenidən Türkiyə Super Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "Tuttomercato" yayıb.
Xəbərə görə, İngiltərə klubunun idman direktoru Monçinin rəğbətini qazana bilməyən italiyalı futbolçu İstanbul klubuna geri dönəcək. O, ada təmsilçisinin heyətində ümumilikdə 39 oyun keçirib. Sözügedən futbolçu bu oyunlarda yalnız 3 qol vurmaqla yadda qalıb.
Qeyd edək ki, Zaniolonun "Cimbom"la müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir.
Nahid Ustaclı