"Çelsi"nin müdafiəçisi Tyaqo Silva cari mövsümün sonunda sabiq komandasına transfer olacağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, məlumatı "Globo" yayıb.
Xəbərə görə, "Fluminense" təcrübəli futbolçu ilə razılığa gəlib. Tərəflər 2 illik müqaviləni razılaşdırıblar. 39 yaşlı mərkəz müdafiəçisi mövsüm başa çatdıqdan sonra yeni klubunun düşərgəsinə üz tutacaq.
Beləliklə, 2006-2008-ci illərdə "Fluminense"də çıxış edən Silva 16 ildən sonra keçmiş komandasına qayıdacaq.
Qeyd edək ki, 2020-ci ildən "Çelsi"nin şərəfini qoruyan Silva cari mövsüm 34 matçda meydana çıxıb. O, bu görüşlərdə 4 qol vurub.
Nahid Ustaclı