Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziçin köməkçisi Nuri Şahin klubu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı nüfuzlu AS nəşri yayıb.
Mənbənin məlumatına görə, o, bir müddət əvvəl portuqaliyalı mütəxəssis Fernandu Santuşu istefaya göndərən “Beşiktaş”ın baş məşqçisi ola bilər. Türkiyə klubu artıq Şahinə təklif göndərib.
Vaxtilə futbolçu kimi də "Borussiya"da çıxış edən Şahin bu ilin yanvarından Dortmund klubunun məşqçilər korpusunda yer alır.
Mirağa