İngiltərənin "Mançester Yunayted" klubu çətin vəziyyətə düşüb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, komandanın bütün müdafiəçiləri zədələnib.
Son olaraq MY-nin İngiltərə Premyer Liqasının 36-cı turunda keçirdiyi matçda - "Kristal Pelas"la oyunda Harri Maquayr sıradan çıxıb. Onun mövsümün qalan qarşılaşmalarında meydana çıxmayacağı da dəqiqləşib.
Qeyd edək ki, Rafael Varan, Conni Evans, Lisandro Martines, Villi Kambval və Viktor Lindelöf də müxtəlif zədələr səbəbindən "qırmızı şeytanlar"a kömək edə bilmirlər.