"Vest Hem"in yeni baş məşqçisinin kim olacağı açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "çəkicdöyənlər" Devid Moyesi ispan mütəxəssis Xulen Lopeteqi ilə əvəzləməkdə qərarlıdırlar. Mənbə Lopeteqinin İngiltərə təmsilçisinin təklifini qəbul etdiyini və hazırda tərəflərin müqavilənin müəyyən detallarını razılaşdırdıqlarını vurğulayıb.
54 yaşlı mütəxəssisin təyinatının yaxın vaxtlarda rəsmən açıqlanacağı bildirilib.
Nihat