"Atletiko Madrid" Mario Hermoso ilə müqavilənin uzadılması yönündə danışıqlarda bağlı razılığa gələ bilməyib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.
Xəbərə görə, mərkəz müdafiəçisi yayda Madridi azad agent kimi tərk edəcək. Artıq 28 yaşlı ispaniyalının yeni klubu da bəllidir. O, İngiltərə Premyer Liqa klubu "Aston Villa" ilə müqavilə bağlamaq üzrədir. Tərəflər futbolçunun ildə 5 milyon avro alacağı 4 illik müqaviləyə razılaşıblar.
Mario Hermoso "Atletiko"ya 2019-cu ilin yayında "Espanyol"dan 25 milyona keçmişdi.
Bu mövsüm o, bütün turnirlərdə 41 matçda iştirak edib və bu oyunlarda iki qol vurub, iki məhsuldar ötürmə edib.
Mirağa