Argentina millisinin və "Barselona"nın sabiq baş məşqçisi Sesar Luis Menotti dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, 86 yaşında həyatla vidalaşıb.
1973-1983-cü illərdə Argentina yığmasına rəhbərlik edən Menotti "tanqoçular"a 1978-ci ildə keçirilən dünya çempionatının qızıl medallarını qazandırıb.
Onun son iş yeri isə 2007-ci ildə tərk etdiyi "Estudiantes Tekos" (Meksika) olub.