İtaliya A Seriyasının 35-ci turunda "Yuventus"la 1:1 hesablı heç-heçə edən "Roma"nın baş məşqçisi Daniele De Rossi oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, paytaxtda keçirilən qarşılaşmanın ardından belə danışıb:
"Əla oyun sərgilədik. Yalnız qürur duya və sevinə bilərəm. Hə, heç-heçələr bizi xoşbəxt edə bilməz, amma uşaqların mübarizə ruhu, irəli getmək istəyi sevindiricidir. Qələbə qazanmaq istəyirdik. Biz ağıl amilini ikinci plana keçirmədən səylə çalışmağa davam etməliyik".
Xatırladaq ki, bu bərabərlik sayəsində xal hesabını 60-a çatdıran "canavarlar" A Seriyasının turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıblar.
Nihat