"Napoli"nin vingeri Xviça Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "RMC Sport"-un jurnalisti Fabris Hokins yayıb.
Xəbərə görə, futbolçunun nümayəndələri artıq bu yay mümkün transferlə bağlı Paris klubunun rəsmiləri ilə görüş keçiriblər.
PSJ Kilian Mbappenin yerinə "böyümə potensialı olan gənc oyunçu" axtarışındadır ki, Xviça parislilərin bu meyarlarına tam cavab verir:
Son məlumata görə, tərəflər hələlik ümumi razılığa gəlməyiblər.
Mirağa