"Globe Soccer Awards" 2024-cü ildə Avropanın ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıda aşağıdakı oyunçuların adları var:
Alessandro Bastoni, Cud Bellingem, Hakan Çalhanoğlu, Fil Foden, Antuan Qrizmann, Qrimaldo, Seru Girassi, Erlinq Holand, Mats Hummels, Harry Keyn, Yozua Kimmix, Lautaro Martines, Toni Kroos, Kilian Mbappe, Koul Palmer, Rodriqo, Bukayo Saka, Məhəmməd Salah, Bernardu Silva, Vinisius Junior.
Xatırladaq ki, "Globe Soccer Awards" mərasimi Avropa Klublar və Futbol Agentləri Assosiasiyası tərəfindən təşkil olunur. Tədbir adətən hər il dekabrın son günlərində Dubayda keçirilir. “Mançester Siti”nin hücumçusu Erlinq Holand 2023-cü ilin ən yaxşı futbolçusu olub.
Nihat