"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro Səudiyyə Ərəbistanına keçə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Xəbərə görə, 32 yaşlı futbolçunun klubu ilə "Əl-Nəsr" danışıqlar aparır. Kazemironun sabiq komanda yoldaşı Kriştianu Ronaldunun da çıxış etdiyi Səudiyyə Ərəbistanı təmsilçisi mankunianlılara 40 milyon funt-sterlinq, futbolçunun özünə isə 3 illik müqavilə təklif edib.
Braziliyalı yarımmüdafiəçinin "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq. Kazemiro bu mövsüm İngiltərə klubunun heyətində bütün turnirlərdə 29 oyun keçirib, 5 qol vurub, 3 məhsuldar ötürmə edib.
Mirağa