PSJ-nin vingeri Xavi Simons icarə əsasında çıxış etdiyi Bundesliqa klubu "Leypsiq"dən geri qayıtmaq istəmir.
Fanat.Az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, "buğalar" oyunçunu saxlamaq istəyir və onun satın alınması ilə bağlı parislilərlə danışıqlar aparır. Lakin Fransa klubunun futbolçuya nə qədər qiymət qoyduğu hələlik məlum deyil. Eyni zamanda, İngiltərə klubları da onunla maraqlanır.
Simonsun "Leypsiq"lə icarə müddəti mövsümün sonuna kimidir. 21 yaşlı niderlandlı cari mövsümdə bütün yarışlarda 42 oyun keçirib, 9 qol vurub və 15 məhsuldar ötürmə edib.