"Real Madrid" Çempionlar Liqasını qazanarsa, "Borussiya Dortmund"a Cud Bellingemə görə bonus ödəyəcək.
Fanat.Az "Sky Sports"-a istinadən xəbər verir ki, ingilis yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsində bununla bağlı bənd var.
Razılaşmaya əsasən, “Real” Çempionlar Liqasını qazanacağı təqdirdə Bellingemin keçmiş klubu “Borussiya”ya beş milyon avro mükafat ödəməyi öhdəsinə götürüb.
Xatırladaq ki, “Borussiya” yarımfinalda PSJ-ni, “Real” isə “Bayern”i üstələyib. Nəticədə kubok uğrunda həlledici görüşdə Dortmund və Madrid ilk dəfə üz-üzə gələcəklər.
Mirağa