Fransa millisinin, "Arsenal"ın və "Barselona"nın sabiq hücumçusu Tyerri Anri "Real Madrid"in Çempionlar Liqasının yarımfinalında səfərdə heç-heçə etdiyi (2:2) "Bayern Münhen"i cavab matçında geridönüşlə yenərək (2:1) finala yüksəlməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "CBS Sports" onun sözlərini belə çatdırıb:
"Oyundan öncə desəydim ki, "Real" Rüdigerin məhsuldar ötürməsi və Xoselunun qolu sayəsində finala çıxacaq, mənə inanmazdılar. Amma bu, "Real"dır axı... Onlar bunu etməyi bacardılar".
Qeyd edək ki, "Real" finalda Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək. Həlledici matç iyunun 1-də "Uembli"də baş tutacaq.
Nihat