Misli Premyer Liqasının 34-cü turunda "Zirə"nin qonağı olan "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Ağdamlıların hücumçusu Adama Diakabi "qartallar"a qarşı səfər oyunu ilə bağlı fikirlərini Fanat.Az-a bölüşüb:
"Çətin və gərgin oyun oldu. Bilirdik ki, "Zirə" meydanın hər yerində pressinq tətbiq edəcək. Qələbə qazanmaq istəyirdik. Şadam ki, buna nail olduq".
Meydana 75-ci dəqiqədə çıxan 27 yaşlı fransalı öz çıxışını da dəyərləndirib: "Qarabağ"a gələndən daha hücumameyilli oynamağa çalışıram. Komanda yoldaşlarıma hücum planında dəstək vermək əsas missiyamdır. Əlbəttə, vəziyyətdən asılı olaraq bəzən müdafiəyə də kömək etmək lazım gəlir".
Adama növbəti turda keçirəcəkləri görüşdən - "Turan Tovuz"la matçdan da danışıb: "Turan Tovuz" da sərt futbola üstünlük verən rəqibdir. Ancaq bizim üçün rəqibin kimliyi xüsusi əhəmiyyət daşımır. İstər "Zirə" olsun, istər "Araz-Naxçıvan", istərsə də "Turan Tovuz", fərq etmir, biz bütün oyunlara qələbə üçün çıxırıq".
Nahid Ustaclı