Fransanın "France Football" jurnalı 2020-ci il üçün nəzərdə tutulan "Qızıl top" mükafatını "Barselona"nın hücumçusu Robert Levandovskiyə təqdim edə bilər.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, jurnalın rəhbərliyi gec də olsa, ədaləti bərpa etməkdə və narazı kütlənin qınağından qurtulmaqda maraqlıdır.
Xatırladaq ki, "Qızıl top" 2020-ci ildə koronavirus pandemiyası səbəbindən sahibini tapmayıb. Həmin vaxt "Bayern Münhen"də oynayan Levandovski 47 matçda 55 qol vurub və bu mükafata sahib çıxmağa ən real namizəd olub.