Mövsümün əvvəlində "Qalatasaray"dan icarə əsasında "Aston Villa"ya keçən Nikolo Zanyolo uğursuzluqla üzləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.
Mənbənin məlumatına görə, "Liverpul"la matçda zədələnən Zanyolonun ayağında mikro sınıq aşkarlanıb. İtalyanlı futbolçu təxminən 1 aya yaxın yaşıl meydanlardan uzaq qalacaq.
Bu mövsüm "Aston Villa"da 39 rəsmi oyuna çıxan Zanyolo bu matçlarda 3 qol vurub.
Nahid Ustaclı