"Qalatasaray" ın futbolçusu Kerem Aktürkoğlu İstanbul klubundan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Takvim" yayıb.
Mənbənin məlumatına görə, təcrübəli oyunçuya Ərəbistan yarımadasından illik 8 milyon avro maaş təklif oluub. Bu transfer baş tutarsa, İstanbul klubu da keçiddən yüksək gəlir əldə edəcək.
Cari mövsüm Kerem Türkiyə Super Liqasında 35 rəsmi maçtda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Ustaclı