Cari mövsümün sonunda "Milan"ı tərk edəcək baş məşqçi Stefano Piolinin yerinə əsas namizədlərdən biri də açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Canluka di Martsio yayıb.
Xəbərə görə, "qırmızı-qaralar"ın rəhbərliyi hazırda "Əl-İttihad"ı çalışdıran argentinalı mütəxəssis Marselo Qalyardo ilə razılığa gəlməyə yaxındır.
48 yaşlı Qalyardo daha öncə "Nasyonal" və "River Pleyt"i də çalışdırmağa imkan tapıb.
Nihat