FİFA 2023-cü ilin oktyabrından baş katibin funksiyalarını yerinə yetirən Mattias Qrafströmün bu posta təyinatını rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, təyinatın ardından İsveç və Niderland vətəndaşlıqları olan Qrafström ali futbol qurumunun rəsmi saytına danışıb:
"FİFA-nın baş katibi vəzifəsinə təyin olunmaqdan şərəf duyuram və belə mühüm vəzifədə futbola xidmət etməyi mənə həvalə etdikləri üçün FİFA prezidenti Canni İnfantinoya, konfederasiya prezidentlərinə, vitse-prezidentlərə və FİFA Şurasının üzvlərinə təşəkkürümü bildirirəm.
Futbol doğulduğum gündən ehtirasım olub. Uşaqlıqdan futbol oynamağa başladım və həyatım boyu müxtəlif şərtlər altında futbol sahəsində çalışmışam. Peşəkar karyeramın ən böyük çağırışını qürurla və böyük məsuliyyət hissi ilə öhdəmə götürdüyüm üçün hisslərimi ifadə etməyə söz tapmıram. Əlbəttə, FİFA komandası ilə birlikdə, özümü gözəl futbolumuza, FİFA-ya və onun bayrağı altında cəmləşən 211 assosiasiyaya xidmət göstərməyə həmişəkindən daha çox həsr edəcəyəm".
Nihat