Polşa millisinin və "Lans"ın yarımmüdafiəçisi Pşemıslav Frankovski bu yay Almaniyada keçiriləcək Avropa çempionatının favoritinin hansı komanda olduğunu deyib.
Fanat.Az xəbər verir ki, "RMC Sport" onun sözlərini belə çatdırıb:
"Əlbəttə, Fransa yığması çox güclüdür. Bu komandada yaxşı oyunçuların sayı çoxdur. Məncə, onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar. Hə, meydan hamı üçün meydandır, amma Fransa həqiqətən yüksəkdədir".
Xatırladaq ki, qitə birinciliyi iyunun 14-dən iyulun 14-dək baş tutacaq. Turnirin matçları Almaniyanın 10 şəhərindəki 10 stadionda reallaşacaq. Polşa millisi Fransa, Niderland və Avstriya ilə birlikdə D qrupunda mübarizə aparacaq.
Nihat