"Mançester Siti" əsas qapıçısı Ederson mövsümün son iki oyununu kənardan izləyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "şəhərlilər"in mətbuat xidməti yayıb.
Braziliyalı qolkiper son turda "Vest Hem"lə qarşılaşmada və "Mançester Yunayted"lə İngiltərə Kubokunun final matçında iştirak etməyəcək.
Qeyd edək ki, Ederson İngiltərə Premyer Liqasında "Tottenhem"ə qalib gəldikləri oyunda (2:0) zədə alıb. Ona sağ göz yuvasında sınıq diaqnozu qoyulub.