İsveç çempionatında 9-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Brommapoykarna” ilə qarşılaşıb. “Yurqorden” bu oyunda 5:0 hesablı qələbə qazanıb. Musa bu oyunda iştirak etməyib. Onun adı iştirak ərizəsinə belə daxil edilməyib.
“Yurqorden” hazırda çempionatın turnir cədvəlində 19 xalla 2-ci pillədə qərarlaşıb.