Yarımmüdafiəçi Tyaqo Alkantara 2023/24 mövsümünün sonunda "Liverpul"u tərk edəcək.
Fanat.Az xəbər verir ki, artıq klubun rəsmi saytı bu barədə məlumat yayıb.
Alkantara 2020-ci ildən mersisaydlıların şərəfini qoruyur. Bu müddət ərzində ispan yarımmüdafiəçi "Liverpul"da iki Liqa Kuboku və bir İngiltərə Kuboku qazanıb.
Bu mövsüm bir sıra ciddi zədələr səbəbindən Tyaqo cəmi bir matçda iştirak edib.
32 yaşlı Alkantaranın xidmətində İspaniya "Jirona"sının maraqlı olduğu bildirilir.