"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində keçiriləcək "Mançester Siti" - "Vest Hem" qarşılaşması ərəfəsində maraqlı açıqlama ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, "The Telegraph" onun dediklərini belə çatdırıb:
"Bazar günü "Mançester Siti" qələbə qazansa, bu komandanın və Pep Qvardiolanın İngiltərə futbol tarixində layiqli yer tutacaqlarına dair bütün şübhələr silinəcək.
"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır. Qvardiola müasir dövrün ən böyük məşqçisidir.
Gözlədiyimiz kimi, “Siti” ardıcıl dörd dəfə çempion ola bilər. Statistika yalan danışmır. “Mançester Yunayted”in ən yaxşı vaxtlarında ardıcıl üç çempionluq görsə də, bunu bacarmayıb".
Qeyd edək ki, "Mançester Siti" - "Vest Hem" oyunu mayın 19-da keçiriləcək.
Nihat