“Mançester Siti” ilə mayın 25-də keçiriləcək İngiltərə Kubokunun finalından sonra Erik ten Haq “Mançester Yunayted”i tərk edə bilər.
Fanat.Az xəbər verir ki, “Transfer News Live” niderlandlı mütəxəssisin "Uembli"də kuboku qazansa belə, "qırmızı şeytanlar"dan ayrılacağını iddia edib.
Niderlandlı mütəxəssis "Bayern Münhen" keçə və ya "Ayaks"a qayıda bilər.
Eyni zamanda vurğulanıb ki, “Mançester Yunayted”də onu ya Tomas Tuxel, ya da Qrem Potter əvəz edəcək. Klubun sahibi Cim Ratkliff qərarını kubokun finalından sonra verəcək.
“Mançester Yunayted” İngiltərə çempionatını səkkizinci yerdə başa vurub.