Bu mövsüm "Arsenal"ın start heyətində yerini David Raya ilə rəqabətə uduzaraq itirən qapıçı Aaron Remsdeyl yay transfer pəncərəsində klubunu dəyişməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı qolkiper İngiltərənin digər təmsilçisinə keçə bilər. "Nyukasl" qapıçı üçün 15 milyon funt-sterlinq (təxminən 17,5 milyon avro) ödəməyə hazırdır.
Remsdeyl bu mövsüm müxtəlif yarışlarda "Arsenal"ın heyətində 11 rəsmi oyun keçirib və 12 qol buraxıb. Aaron London klubuna 2021-ci ilin yayında "Şeffild Yunayted"dən keçib. "Topçular" ona görə 28 milyon avrosundan keçib.