Başa çatan mövsüm ərzində "Tottenhem"in iki futbolçusu ilə güclənən "Bayer Münhen" Harri Keyn və Erik Dayerdən sonra daha hotspurqlunu transfer etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, söhbət bu mövsüm "Tottenhem"in əsas heyətindəki yerini itirən Emerson Royaldan gedir.
Bu barədə "Kicker" məlumat yayıb. Xəbərə görə, Premyer Liqa klubu braziliyalı müdafiəçisini təxminən 29 milyon avroya buraxmağa hazırdır.
Onu da əlavə edək ki, Emerson Royal bu mövsüm 24 oyun keçirib və 1 qol vurub.