"Real Betis"in yarımmüdafiəçisi İsko əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.
Xəbərə görə, təcrübəli futbolçu sol fibula (İncik sümüyü) sınığı səbəbindən cərrah masasına uzanmalı olub.
Əməliyyatın uğurlu alındığı bildirilsə də, İskonun Avropa Çempionatında iştirakı istisna edilib. O, növbəti mövsümün əvvəlinə kimi yaşıl meydana dönəcək.
32 yaşlı İsko bu mövsüm yenidən uğurlu çıxışı ilə yadda qaldı. O, apreldə La Liqada ayın, ümumilikdə isə 29 çempionat matçından isə 18-də ən yaxşı oyunçu seçilib.
İsko 2019-cu ildən İspaniya millisinə çağırılmayıb, lakin AÇ-2024 üçün dəvət alacağı gözlənilirdi.