İtaliyanın "Milan" klubu 2024/2025 mövsümü üçün yeni ev formasını təqdim edib.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti bununla bağlı video paylaşıb.
“Qırmızı-qara zolaqlı və ağ aksentli yeni köynəyin klassik üslubu klubun 125 illik tarixinə hörmətlə yanaşır, bunu arxa tərəfindəki xüsusi döş nişanı sübut edir”, - klubun saytında deyilir.
Made with Milanismo 🔴⚫️
— AC Milan (@acmilan) May 23, 2024
The 24/25 #ACMilan x @pumafootball Home Kit is out. #MadeWithMilanismo #SempreMilan pic.twitter.com/c0plQqKubx
"Rossonerilər" cari A Seriyasının bitməsinə bir tur qalmış turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.